Azərbaycanda ana doğuşdan sonra öldü

azerbaycanda-ana-dogusdan-sonra-oldu
Oxunma sayı: 4598

Quba rayonunda doğuşdan sonra ölüm hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Rustov kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Kərimova doğuşdan sonra baş verən qanaxma nəticəsində dünyasını dəyişib.

Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi uşaq sağ qalıb.

Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.