Azərbaycanda bayram namazı qılındı

azerbaycanda-bayram-namazi-qilindi
Oxunma sayı: 6208

Azərbaycanda Ramazan bayramı qeyd olunur.

“Qafqazinfo”nun məlumatına görə, ölkənin bütün məscidlərində bayram namazı qılınıb. 

Bayram namazı Göy məscid və Əjdərbəy məscidində saat 09:00-da qılınıb. Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşdüyü üçün bayram namazında iştirak etməyib. 

Qeyd edək ki, ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri qeyri-iş günüdür.