“Azərbaycanda mina qurbanları əsas olaraq mülki şəxslərdir”

azerbaycanda-mina-qurbanlari-esas-olaraq-mulki-sexslerdir
Oxunma sayı: 1315

“Azərbaycanda mina qurbanları əsas olaraq mülki şəxslərdir. Demək olar ki, hər həftə daha bir ölümcül və qanlı mina partlayışının şahidi oluruq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşımında qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycanda 2020-ci il noyabrın 10-dan cari ilin noyabrın 3-nə qədər qədər 50 mülki şəxs mina partlaması nəticəsində həlak olub, daha 107 nəfər isə yaralanıb.

Bununla yanaşı, bu dövr ərzində 15 hərbçi mina partlayışı nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.

“1991-ci ildən indiki dövrə qədər Azərbaycanda 3415 nəfər mina qurbanı olub. Onlar arasında 357 uşaq və yeniyetmə, 38 qadın var”, - deyə məlumatda qeyd olunub.