Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib. İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.
Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq.
***
Qətlə yetirilən Xumar onu öldürməkdə şübhəli bilinən Nərimanın bibisi qızıdır.
Onun qaynı Nəriman subay olub və ailəlikcə bir evdə yaşayıblar. İddiaya görə, Xumar kənd sakini olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurubmuş. Qaynı Nəriman bu haqda şayiə eşidib və araşdırıb. Onun həmin şəxslə əlaqə saxladığını araşdırandan sonra Xumarı boğaraq öldürüb.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər