Azərbaycanda zəlzələ oldu

azerbaycanda-zelzele-oldu
Oxunma sayı: 8783

Xəbər verdiyimiz kimi, Gürcüstan və Ermənistanda güclü zəlzələ olub.

"Qafqazinfo" xəbər verir ki, zəlzələ Azərbaycanda da hiss olunub.

Təkanlar nəticəsində dağıntı qeydə alınmayıb. 

Yeraltı təkanlar Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər şəhərlərdə hiss edilib.

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də zəlzələ barədə məlumat yayıb.

Bildirilib ki, Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub. Yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 5,9 olduğu üçün yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss olunub.