“Azeri Light”ın qiyməti 87 dollara çatır

azeri-lightin-qiymeti-87-dollara-catir
Oxunma sayı: 1850

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,22 ABŞ dolları və ya 0,25% artaraq 86,5 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 86,28 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları təşkil edib.