“Azersun Holding” Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisində

“Azersun Holding” Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisində
Oxunma sayı: 1607

“Azersun Holding” Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisində iştirak edir.

“Azersun Holding” 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edir. Fəaliyyətdə olduğu illərdə ərzində onlarla milli markanın yaradaraq dünyanın müxtəlif ölkələrinə ixrac edən şirkətlər qrupunun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Qida sənayesi sərgisinə istehsal etdiyi məhsullarla qatılan “Azersun”,  həmçinin kənd təsərrüfatı sahəsində istehsal edilən məhsullar və tətbiq edilən innovativ həllər barədə qonaqları məlumatlandırıb.

Qeyd edək ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azersun Holding” tərəfindən istehsal edilən məhsullar dünyanın 40-dan artıq ölkəsinə ixrac edilir.