“DAF” “KamAZ”a çırpıldı - Sürücüsü öldü - Fotolar

daf-kamaza-cirpildi
Oxunma sayı: 1277

Hacıqabulda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “DAF” markalı yük avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında gedən “KamAZ” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “DAF”ın sürücüsü Aydın Qoca oğlu Qocayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Yunis Quliyev