AzTV-nin vəfat edən rejissoru vaksin olunmuşdu?

aztv-nin-vefat-eden-rejissoru-vaksin-olunmusdu
Oxunma sayı: 8661

Xəbər verdiyimiz kimi, ötən gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru 54 yaşlı Arzu Məmmədova və həyat yoldaşı koronavirusdan vəfat edib. Ailə üzvlərinin eyni gündə vəfatından sonra televiziya əməkdaşının 2 doza peyvənd olunduğu, buna baxmayaraq COVID-19-a qalib gələ bilmədiyi haqda iddialar səsləndirilib. 

Sosial şəbəkələrdə yayılan iddialarla bağlı “Qafqazinfo” TƏBİB-ə sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, A. Məmmədova yalnız bir doza vaksin qəbul edib:

“Araşdırma nəticəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru Məmmədova Arzu Mövlud qızının 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət etdiyi və peyvənd olunduğu məlum olub. Daha sonra A.Məmmədovanın 23 avqust tarixində PCR testi müsbət nəticə olaraq qeydə alınıb. İlk doza ilə ikinci doza arasında 28 gün müddət gözlənildiyindən A.Məmmədova 2-ci doza vaksin vurdurmayıb”.

TƏBİB-dən həmçinin bildirilib ki, yalnız hər iki dozanı qəbul etmiş şəxslər vaksin olunmuş sayılır.

Qeyd edək ki, A.Məmmədova AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb. 

Gülnar Əliyeva

***

Arzu Məmmədovanın bacısı Zümrüd Məmmədova “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, bacısınn alergiyası olduğundan vaksin onun səhhəti üçün təhlükəli olub. Bununla belə ona koronavirus əleyhinə peydənd vurulub. O, həkimə alergiyasının olduğunu söyləsə də, yoxlanılmayıb. Peyvənd olunandan sonra halı pisləşərək dili qatlanıb. Təcili yardım gələnədək xəstə həyatını itirib.

Z.Məmmədova bildirib ki, mərhumun həyat yoldaşı da ürək çatışmazlığından əziyyət çəksə də, peyvənd olunub. O da peyvənddən sonra dünyasını dəyişib:

“Mənim bacım və bacımın əri koronavirusdan vəfat etməyiblər. Peyvənd vurdurduqdan sonra ölüblər”.