“Azure”da mühasib məktub yazıb intihar etdi - Foto+Yenilənib

azureda-muhasib-mektub-yazib-intihar-etdi
Oxunma sayı: 13847

Bakıda “Azure” biznes mərkəzində intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bir neçə dəqiqə öncə binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən orta yaşlı kişi özünü yerə atıb.

Həmin şəxs hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub. Araşdırma aparılır.

***

İntihar edən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, o, suvarma sistemləri üzrə fəaliyyət göstərən "Polyagro" MMC-nin mühasibi, 22 yaşlı Elvin Məmmədovdur.

***

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, E.Məmmədov intihar etmədən öncə məktub yazıb.

Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

Murad Əhməd