Bacısının əri ilə qaçan qız hələ də tapılmayıb

bacisinin-eri-ile-qacan-qiz-hele-de-tapilmayib
Oxunma sayı: 3494

Cəlilabadda bacısının əri ilə qaçan 15 yaşlı Aynurə Nağıyeva hələ də tapılmayıb.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Orxan Mansurzadə məlumat verib. O qeyd edib ki, rayon polis şöbəsindən qızın tapılması üçün əməliyyat-axtarış qrupu Bakıya göndərilib: “Hazırda araşdırmalar davam edir”.

Xatırladaq ki, A. Nağıyevanın atası Ramil Yusubov mediaya açıqlamasında sentyabrın 23-də axşam saatlarında qızının evdən getdiyini bildirmişdi.

Günel Türksoy