Bağlanacağı xəbərini eşidən rusiyalılar “McDonalds”a axışdılar - Fotolar

baglanacagi-xeberini-esiden-rusiyalilar-mcdonaldsa-axisdilar
Oxunma sayı: 10885

Xəbər verdiyimiz kimi, “McDonalds” şəbəkəsi Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağlayır.

“Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, Rusiyada restoranların bağlanmasından əvvəl uzun növbələr yaranıb.

Sakinlər “McDonalds” bağlanmazdan əvvəl restoranlara üz tutublar. İzdihamın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Əksər insan bunu 1990-cı ildə Moskvada yenicə açılmış “McDonalds” restoranının qarşısındakı uzun növbəni əks etdirən foto ilə müqayisə edib.