Bakı küçələrində BTR-lər niyə gəzir? - - Video

baki-kucelerinde-btr-ler-niye-gezir-
Oxunma sayı: 4859


Həmin videonu iyunun 11-də euronews.az saytı “youtube” portalına yerləşdirib.

Videogörüntüdə zirehli transportyorlardan ibarət karvan gecə saatlarında avtomobil yolu ilə hərəkət edir. Sosial şəbəkələrdə müzakirə olunan bu görüntülər bəzi vətəndaşlar arasında həyəcan yaradıb.

“Qafqazinfo”nun xəbərinə görə, “Azadlıq” radiosunun bununla bağlı sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətindən narahatlığa ehtiyac olmadığını bildiriblər:

“İyunun 11-də Silahlı Qüvvələrin zirehli transportyorlarından ibarət karvan Bakı küçələri ilə bir dislokasiya yerindən digərinə planlı surətdə yerdəyişmə edib. Nəqliyyatın hərəkətinə mane olmamaq məqsədilə yerdəyişmə axşam saatlarında həyata keçirilib”.