Bakı qeydiyyatında olan maşınlara yeni nömrə kodu veriləcək

baki-qeydiyyatinda-olan-masinlara-yeni-nomre-kodu-verilecek
Oxunma sayı: 10272

“Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir”.

"Qafqazinfo" xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

O qeyd edib ki, artıq dünəndən Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb”.