Bakı yeni iş həftəsinə tıxacla başladı

baki-yeni-is-heftesine-tixacla-basladi
Oxunma sayı: 1495

Beş günlük tətildən sonra paytaxt Bakının bir sıra yollarında tıxac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda aşağıdakı yollarda sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

4. Tbilisi prospekti, mərkəz istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.