Bakıda 15 yaşlı qız ana oldu, özü və körpəsi öldü - Yenilənib

bakida-15-yasli-qiz-ana-oldu-ozu-ve-korpesi-oldu
Oxunma sayı: 10543

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

***

3 saylı Şəhər Klinik Xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, doğum sözügedən xəstəxanada qeydə alınmayıb: “Yeniyetmə qız 3 saylı Şəhər Klinik Xəstəxanasın aqonal vəziyyətdə gətirilib. O, tibb müəssisəsinə qanaxma ilə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Doğuş bu xəstəxanada qeydə alınmayıb”.

***

Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurub, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri rus dilində oxuyun: Длина стола вызвала интерес больше, чем сама встреча - Фото

“Было дано решение об аресте Наджмаддина Садыкова”