Bakıda 34 yaşlı stilist qətlə yetirildi - Yenilənib

bakida-34-yasli-stilist-qetle-yetirildi
Oxunma sayı: 15342

Bakıda stilist Orxan Seyidovu qətlə yetirən şəxs saxlanılıb. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Pərviz Həsənov müəyyən olunaraq tutulub və istintaqa təhvil verilib. 

P. Həsənov mərhum Orxanın tanışı olub. 

DİN Mətbuat xidməti məlumatı təsdiqləyib.

OLAY-ın məlumatına görə, Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.

***

Xətai Rayon Prokurorluğunun məlumatına görə, martın 13-ü saat 01 radələrində Xətai rayonu ərazisində 1988-ci il təvəllüdlü Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Pərviz Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Pərviz Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.