Bakıda çalışanların orta aylıq maaşı artıb

bakida-calisanlarin-orta-ayliq-maasi-artib
Oxunma sayı: 3109

Bakıda çalışan muzdlu işçilərin orta aylıq maaşı açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artıb.

Rəsmi məlumata görə, paytaxtda çalışanların orta aylıq əməkhaqqı 1169,3 manat təşkil edib.