Bakıda doğum günü qeyd edən 11 nəfərlə bağlı tədbir görüldü - Rəsmi

Bakıda doğum günü qeyd edən 11 nəfərlə bağlı tədbir görüldü
Oxunma sayı: 15084

Sosial şəbəkələrdə və xəbər saytlarında “Rəqqasə Renka karantin qaydalarını pozdu” – sərlövhəli videogörüntülərlə bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, iyunun 3-də paytaxtın Nizami rayonunda yeləşən restoranlardan birində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət ad günü mərasimi təşkil olunub.

Nizami RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə obyekt sahibi və iştirakçılar inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 11 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi 1500 manat, digərləri 100 manat cərimə olunublar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi