Bakıda dustaq məhkəmədən qaçdı - Yenilənib

bakida-dustaq-mehkemeden-qacdi
Oxunma sayı: 8932

Bakıda dustaq məhkəmədən qaçıb.

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.

1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib.

O, prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və nəzarətsiz qalmasından istifadə edərək qaçıb.

***

Beş gün öncə məhkəmə zalından qaçan dustaq artıq saxlanılıb.

Məlumatı "Qafqazinfo"ya DİN Mətbuat xidmətindən təsdiqləyiblər.

Murad Əhməd