Bakıda evin qarşısına qumbara və gül qoyan şəxs tutuldu

bakida-evin-qarsisina-qumbara-ve-gul-qoyan-sexs-tutuldu
Oxunma sayı: 4399

Xəbər verdiyimiz kimi, Bakıda mənzilin qarşısına qumbara və qərənfil qoyulub, ev sahibi bu yolla hədələnib.

“Qafqazinfo” xəbər verir ki, artıq Daxili İşlər Nazirliyi həmin şəxsin tutulması ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

Həmçinin oxuyun: Bakıda evin qarşısına qumbara və qərənfil buketi niyə qoyulub?

DİN Mətbuat Xidmətindən bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, iki gün əvvəl “Qafqazinfo”da baş vermiş hadisə barədə məlumat dərc edilmişdi.