Bakının mərkəzində daha bir bahalı avtomobil sıradan çıxarılıb.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, son model, ağ rəngli “Galenvagen” markalı avtomobili bu vəziyyətə BMW markalı maşınla toqquşma nəticəsində düşüb.
Hadisə paytaxtın Nərimanov rayonunun Təbriz (keçmiş Çapayev) küçəsində baş verib.
Hadisədən dərhal sonra “Galenvagen”in dövlət nömrə nişanı açılıb. Böyük ehtimalla bu, maşın sahibinin kimliyinin gizli qalması məqsədilə edilib.
Hadisə yerinə polis gəlib və qəzaya uğramış “Galenvagen”i evakuator aparıb.
Son xəbərlər
Son Xəbərlər