Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - Foto

Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü
Oxunma sayı: 3675

Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.

Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi