Rusiya, Azərbaycan və İran Xarici işlər nazirlərinin Bakı görüşü başlayıb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Sergey Lavrov, Elmar Məmmədyarov və Cavad Zərifin keçirdiyi üçtərəfli görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi olacaq. İşgüzar səhər yeməyindən sonra tərəflər rəsmi danışıqlara başlayacaqlar.
Media nümayəndələri foto və video görüntü çəkmək üçün danışıqlar keçirilən zala buraxılıb. Jurnalistlər zaldan çıxdıqdan sonra danışıqlar bağlı qapılar arxasında davam etdirilir.
Səidə



Son xəbərlər
Son Xəbərlər