Bakıda məhbus ona baş çəkməyə gələn arvadını döydü

bakida-mehbus-ona-bas-cekmeye-gelen-arvadini-doydu
Oxunma sayı: 5105

Bakıda məhbus ona baş çəkməyə gələn arvadına ağır xəsarət yetirib.

“Qafqazinfo”nun “Report”a istinadən xəbərinə görə, hadisə Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Burada cəza çəkən 38 yaşlı Ramin Bayramov onunla görüşə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.