Bakıda metronun qarşısında dava - Ölən var

bakida-metronun-qarsisinda-dava
Oxunma sayı: 8539

Bu gecə Bakıda qətl hadisəsi baş verib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, gecə saat 2 radələrində Məhəmməd Hadi küçəsi 68A ünvanının yaxınlığında, metronun "Həzi Aslanov" stansiyasının qarşısında bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. M.Nurullayev hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.