Bakıda polisləri bıçaqlayıb qaçan şəxs zərərsizləşdirildi

bakida-polisleri-bicaqlayib-qacan-sexs-zerersizlesdirildi
Oxunma sayı: 10389

Dünən Səbail rayonu ərazisində Çevik Polis Alayının iki əməkdaşına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçan şəxsin gizləndiyi yer müəyyən edilib.

Bunu DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib.

"Onun saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aydın Babayev polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib və Aydın Babayev zərərsizləşdirilib. Hadisə yerindən ona məxsus bir ədəd tapança aşkar edilərək götürülüb" - qurum rəsmisi bildirib.

Murad Əhməd