Bakıda quyuya düşən it xilas edildi - Video

bakida-quyuya-dusen-it-xilas-edildi
Oxunma sayı: 1344

Bakı şəhərinin Xəzər rayonu ərazisində köməksiz vəziyyətdə qalan it xilas edilib.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sakinlər dərinliyi beş metr olan quyuda qalan iti çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.

Daxil olmuş məlumatla bağlı FHN-nin xilasediciləri hadisə yerinə cəlb olunub və su quyusunda qalan iti xilas ediblər.