Bakıda süpürgəçini maşın vurdu, öldü - Yenilənib

bakida-supurgecini-masin-vurdu-oldu
Oxunma sayı: 4455

Bakıda süpürgəçini maşın vurub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub.

***

“Qafqazinfo” xəbər verir ki, xəstəxanadan Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verilən məlumata görə, metronun “Koroğlu” stansiyası yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində xəsarət alan qadın, qəzanı törədən sürücünün avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Murad Əhməd