Bakıda sürücülər cərimələnməmək üçün bu yolu seçdilər - Foto

bakida-suruculer-cerimelenmemek-ucun-bu-yolu-secdiler
Oxunma sayı: 8021

Paytaxtın 28 May küçəsi, 23 nömrəli məktəbin qarşısında maşınlarını saxlayan bir neçə sürücü cərimələnməmək üçün maraqlı addım atıb.

“Qafqazinfo” xəbər verir ki, sürücülər maşın nömrələrinin kameralara düşməməsi üçün baqajlarını açıq vəziyyətdə saxlayıblar. Bununla bağlı vəziyyəti əks etdirən fotolar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, qanunsuz parklanmaya qarşı mübarizəni paytaxtda həyata keçirən qurum Bakı Nəqliyyat Agentliyidir.