Bakıda tələbə qəzada öldü

bakida-telebe-qezada-oldu
Oxunma sayı: 7269

Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobilin sərnişini Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.

Qeyd edək ki, Aysel Cəfərzadə Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi olub.

Emin Səfərov