Bakıda toyuna hazırlaşan oğlan qəzada öldü - Atası ilə birgə + Yenilənib

bakida-toyuna-hazirlasan-oglan-qezada-oldu
Oxunma sayı: 15110

Bakı şəhəri, Suraxanı rayonunda “Qazel” markalı yük avtomobili “Kamaz” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq “Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:51-də başa çatıb.

***

Dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə nəticəsində "QazEL"in sürücüsü, 1955-ci il təvəllüdlü Rzayev Pirican Əlif oğlu və sərnişinləri, sürücünün oğlu - 1992-ci il təvəllüdlü Rzayev Sahib Pirican oğlu ilə sürücünün yeznəsi, 1976-cı il təvəllüdlü Qəhrəmanov Elşad Qəni oğlu vəfat edib. "QazEL"in kuzasında olan Qədirov Tacəddin Mehralı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və maşınla cücə daşıyırmış. Gecə saatlarında Zığ qəsəbəsində daşla dolu "KamAZ" yoxuşa çıxa bilmədiyindən yolun hərəkət hissəsində dayanıb. Nəticədə arxadan gələn "QazEL" həmin yük maşınına çırpılıb. "KamAZ"dakı kubiklər "QazEL"in üstünə tökülüb və maşının qarşı tərəfində oturaq halda vəfat edən şəxslərin cəsədlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.

***

Ötən gecə Bakı şəhərinin Zığ qəsəbəsində dəhşətli yol qəzasında vəfat edən 24 yaşlı Sahib Rzayevin nişanlı olduğu məlum olub.

Yaxınlarının lent.az-a verdiyi məlumata görə, bu ayın 20-də onun qız, 25-də isə oğlan toyu olacaqmış və ailəsi artıq hazırlığa da başlayıbmış.

S.Rzayev bu gecə atasının idarə etdiyi "QazEL"in "KamAZ"a çırpılması nəticəsində atası Pirican Rzayev və xalası oğlu, həm də yeznəsi olan Elşad Qəhrəmanovla birgə vəfat edib. Onlar bu gün dəfn edilib.