“Bakubus” avtobusu motosikletçini vurdu - Video+Yenilənib

bakubus-avtobusu-motosikletcini-vurdu
Oxunma sayı: 1897

Bakının Xətai rayonu Xocalı prospektində marşrut avtobusunun və motosikletin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “BakuBus” MMC-nin istismarında olan 21 saylı xətt üzrə hərəkət edən “İveco” markalı avtobusla “Wolt” şəbəkəsinə məxsus 99-D-429 qeydiyyat nişanlı kuryer motosikleti toqquşub. Nəticədə motosikletçi ağır xəsarət alıb.

Hadisədən sonra avtobusun sürücüsü də sarsıntı keçirib. Ağır vəziyyətdə olan kuryerə, eləcə də avtobus sürücüsünə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

***

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzdən saytımıza bildirilib ki, 1991-cü il təvəllüdlü vətəndaş (kişi cinsli) kəllə-beyin travması diaqnozu ilə Mərkəzə daxil olub: “Zəruri müayinələrdən sonra Reanimasiya şöbəsinə köçürülüb. Hazırda onun vəziyyəti ağır-stabil olaraq qiymətləndirlir. Müalicəsi davam etdirilir”.