BANM-in tələbəsi beynəlxalq olimpiadada I yeri qazanıb

banm-in-telebesi-beynelxalq-olimpiadada-i-yeri-qazanib
Oxunma sayı: 1619

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Şamil Fərzəlizadə Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universiteti tərəfindən keçirilən II Beynəlxalq kimya olimpiadasında I yeri əldə edib.

“Qafqazinfo” xəbər verir ki, Türkmənistanın 19 ali təhsil müəssisəsindən 169 tələbə və 23 xarici ölkənin 57 ali məktəbindən 371 tələbənin iştirak etdiyi olimpiadada yarışlar 2 kateqoriya üzrə keçirilib. BANM-in tələbəsi olimpiadanın B kateqoriyasında qalib olub.