Baş leytenantın maşınından - Oğurluq

bas-leytenantin-masinindan
Oxunma sayı: 4106

YPX əməkdaşının maşınından oğurluq edilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsində bir müddət öncə baş verib.

Abşeron Rayo Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş leytenantı Vasif Sadıqova məxsus "İnfinity" markalı 10 UG 037 nömrəli avtomobildən oğurluq edilib.

Maşının açıq qalan qapısından keçən naməlum şəxs sürücüyə məxsus mobil telefonu, içərisində 250 manat pulu, xidməti vəsiqə, şəxsiyyət və sürücülük vəsiqələri olan pul qabısı oğurlayıb.

Nəsimi RPİ-də araşdırma aparılır.

Murad Əhməd