“Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Tərtər, Kəlbəcər rayonları ərazisində yerləşən Sərsəng su anbarı və Tərtər rayonunun Suqovuşan su anbarı siyahıya daxil edilib.