Baş nazirin güllələnməsinə görə onlar işini itirdi

bas-nazirin-gullelenmesine-gore-onlar-isini-itirdi
Oxunma sayı: 14343

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhddən sonra iki dövlət təhlükəsizlik işçisi işdən çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib.

Nazir qeyd edib ki, şöbənin əməkdaşları lazımi təlimlərdən keçməyiblər.

O xatırladıb ki, yayda ərazi polisinin rəis müavini və cəhdin baş verdiyi şəhərin polis idarəsinin rəisi də işdən çıxarılıb.

Xatırladaq ki, nazirə mayın 15-də silahlı hücum olunub. Bunun ardınca Fitso aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub.