Baş Prokurorluq Abşeronda konfrans keçirdi - Fotolar

bas-prokurorluq-abseronda-konfrans-kecirdi
Oxunma sayı: 1814

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, dekabrın 22-də Abşeronda “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Abşeron rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

İştirakçılar Abşeron rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsində ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olublar.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Tural Aslanov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi tədbir zamanı nümayiş etdirilib.