Baş Prokurorluq Əfqan Nağıyevlə bağlı məlumat yaydı

bas-prokurorluq-efqan-nagiyevle-bagli-melumat-yaydi
Oxunma sayı: 10953

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyevin ev dustaqlığına buraxılması ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, qurumun mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi avqustun 8-də Ə.Nağıyevin ev dustaqlığına buraxılması haqda qərar verib.