Batumidə dağıntılar arasından bir nəfərin meyiti çıxarıldı

batumide-dagintilar-arasindan-bir-neferin-meyiti-cixarildi
Oxunma sayı: 1521

Gürcüstanın Batumi şəhərində çökmüş yaşayış binasının dağıntıları arasından bir nəfərin meyiti tapılıb.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, hadisə yerində olan daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, daha 2 nəfər isə xilas edilərək xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. 

Qomelauri bildirib ki, dağıntılar altında 10 nəfərdən çox adamın qaldığı ehtimal edilir. Onlardan 3-nün azyaşlı olduğu deyilir.

“İmedi” telekanalı dağıntılar arasından daha bir kişinin xilas edildiyini bildirib.

 Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Həmçinin oxuyun: Gürcüstanda yaşayış binası uçdu, yaralılar var - Video