Gürcüstanda yaşayış binası uçdu, yaralılar var - Video

gurcustanda-yasayis-binasi-ucdu-yaralilar-var
Oxunma sayı: 3197

Batuminin mərkəzində 5 mərtəbəli yaşayış binasının bir hissəsi uçub.

“Qafqazinfo” “Batumelebi” agentliyinə istinadən xəbər verir ki, binanın uçması nəticəsində xəsarət alanlar var.

Hazırda hadisə yerində xüsusi texnika, xilasetmə briqadaları və təcili tibbi yardım əməkdaşları çalışır.

***

Partlayış iki səbəbdən baş verə bilər: qaz sızması və ya təmir zamanı divarın zədələnməsi.

***

Dağıntılar altında 10 maşın qalıb. Onlardan birinin içərisində körpəsi ilə birlikdə olan qadın xilas edilib.