Bayden İŞİD liderinin öldürüldüyünü açıqladı

bayden-isid-liderinin-oldurulduyunu-aciqladi
Oxunma sayı: 1632

ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində həyata keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının liderini zərərsizləşdiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Prezidenti Co Bayden açıqlayıb.

Baydenin sözlərinə görə, burada söhbət İŞİD-in əsas lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşidən gedir. O əlavə edib ki, əməliyyatda iştirak edən bütün amerikalı hərbçilər xəsarət almadan geri dönüblər.