Bayden özünü Amerikanın xilaskarı hesab edir

bayden-ozunu-amerikanin-xilaskari-hesab-edir
Oxunma sayı: 1331

“ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərində yalnız Demokratların qələbəsi Amerikanı xilas etməyə imkan verəcək”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Pensilvaniya ştatında seçicilərin qarşısında çıxış edərkən deyib. 

“Bu seçkilər Amerikanı xilas etmək üçün son şansınızdır”, - deyə ABŞ lideri qeyd edib. 

Onun sözlərinə görə, keçmiş Prezidenti Donald Trampın Ağ Evə qayıtmaq səyləri ölkə üçün ciddi təhlükə daşıyır.

Bayden 2021-ci il yanvarın 6-sı Tramp tərəfdarlarının Konqres binasına hücumunu xatırladaraq deyib: “Biz o zaman az qala Amerikanı, hər şeyi itirirdik”.