ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar" adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evdə çıxışı zamanı jurnalistlərdən biri Baydenə rusiyalı həmkarını “hərbi cinayətkar” adlandırmağa hazır olub-olmadığını soruşub.
Bayden əvvəlcə “yox” cavabını verib və otağı tərk edib. Lakin sonra geri qayıdaraq "O, hərbi cinayətkardır" deyib. ABŞ lideri ilk dəfə Putin haqqında bu ifadəni işlədib.
Son xəbərlər
Son Xəbərlər