Bayram günü qəza qurbanı oldu - Foto

bayram-gunu-qeza-qurbani-oldu
Oxunma sayı: 4680

Martın 21-də Gədəbəy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Kiçik Qaramurad kəndində “KIA” markalı minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

E. Nağıyev sözügedən kənddə orta məktəbin 7-ci sinfində oxuyurmuş.

Faktla bağlı araşdırma aparılır.