Bərdədə yol qəzasında hər iki yaralı öldü - Video + Yenilənib

berdede-yol-qezasinda-her-iki-yarali-oldu
Oxunma sayı: 12570

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Nissan" markalı minik avtomobili toqquşub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan "Nissan"ın sürücüsü ölüb. “VAZ” markalı avtomobilin sürücüsü və sərnişini ağır xəsarət alıblar. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

**

Bərdədə baş vermiş qəza zamanı ölən sürücünün şəxsiyyəti məlum olub.

Ölən şəxs Bərdə rayon Mollalı kənd sakini Cəfərov Elnur Asif oğludur.

O, əvvəllər Bərdə şəhər Bülbül adına 1 saylı uşaq incəsənət musiqi məktəbinin direktoru olub.

*** 

Bərdədə baş vermiş qəzada xəsarət alanlardan daha bir nəfər - Cəfərov Seymur Asif oğlu da dünyasını dəyişib. Seymur sürücü Elnurun qardaşıdır. 

Tural Hüseynli