Beş il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş

bes-il-evvel-itkin-dusen-qadin-qetle-yetirilibmis
Oxunma sayı: 9045

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağsuda beş il əvvəl törədilən cinayətlə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda deyilir:

"1999-cu il təvəllüdlü Ağsu sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci ilə itkin düşməsi faktına görə Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 2019-cu ildə dayandırılıb.

7 mart 2022-ci ildə iş üzrə icraat təzələnərək Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq-əməliyyat qrupu yaradılıb.

Xəbəri rus dilində oxuyun: Назначен новый прокурор Уджарского района

Наказан водитель, повредивший 10 автомобилей, убегая от полиции

Müəyyən edilib ki, 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanovanı bıçaqla öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib. Yanvarın 28-də meyiti götürüb Kürdəmir rayonunda Şirvan kanalının yaxınlığında basdırıb.

16 mart 2022-ci ildə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb. 17 mart 2022-ci ildə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən törətdiyi əməli etiraf edib".