Beyləqan şəhidlərinin anım günləri qeyd olunur - Fotolar

beyleqan-sehidlerinin-anim-gunleri-qeyd-olunur
Oxunma sayı: 2111

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən şəhidlərimizin xatirəsi Beyləqan rayonunda daim uca tutulur, həmişə yad edilir.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 9-da Vətən müharibəsi şəhidləri - Hüseyn Quliyev, Yalçın Dadaşov, Müzəffər Yusifli, Elnur Rüstəmov, Ruslan Rəhimov, Araz Əliyev, Saleh Həsənov və Zaur Əlizadənin anım günləri qeyd olunub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının nümayəndələri şəhidlərimizin doğulub, boya-başa çatdıqları Beyləqan şəhəri, Örənqala qəsəbəsi və Kəbirli kəndində təşkil olunmuş yas mərasimlərində iştirak ediblər.

Eyni zamanda Kəbirli kəndində şəhid Həsənov Famil və Şamil qardaşlarının da ailəsi ziyarət olunub.

RİH başçısı şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlər zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.