Beyləqanda kütləvi dava - Ölən var

Beyləqanda kütləvi dava
Oxunma sayı: 4936

Avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində insident baş verib. 

“Qafqazinfo” xəbər verir ki, kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.

Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi