“Binə”də baş verən yanğın söndürüldü - Yenilənib+Fotolar

“Binə”də baş verən yanğın söndürüldü
Oxunma sayı: 6353

"Binə" ticarət mərkəzi yanır. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

"Binə" ticarət mərkəzində baş verən yanğın söndürülüb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi